Modern.az

AŞPA həmməruzəçiləri Bakıda Ombudsmandan Eynulla Fətullayevi soruşublar

AŞPA həmməruzəçiləri Bakıda Ombudsmandan Eynulla Fətullayevi soruşublar

Təhsil

2 Fevral 2011, 15:35

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova AŞPA Monitorinq qrupunun Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramuntu qəbul edib.

Modern.az-ın məlumatına görə, ombudsman qeyd edib ki, Avropa Şurasının (AŞ) bərabərhüquqlu üzvü olan və Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya edən Azərbaycan insan hüquqlarının təmini sahəsində öz üzərinə bir sıra öhdəliklər götürüb və bu öhdəlikləri uğurla yerinə yetirməkdədir.

Qonaqlar Müvəkkilin insan hüquqları sahəsində fəaliyyəti ilə maraqlanıblar.

Həmməruzəçilərə Ombudsmanın insan hüquqlarının müdafiəsi və təmin olunması üzrə fəaliyyəti ilə bağlı geniş məlumat verilib. Müvəkkil BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun olaraq, Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qismində müəyyən edildiyini və Müvəkkilin 17 nəfərdən ibarət MPM qrupunun yaradıldığını vurğulayıb. Tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərin saxlanıldığı 250-dən çox müəssisəyə başçəkmələrin, monitorinqlərin həyata keçirildiyi bildirilib.

Həmməruzəçilər jurnalistlərin, o cümlədən Eynulla Fətullayevin vəziyyəti və hüquqlarının müdafiəsi ilə maraqlanıb, gənc bloggerlərin azadlığa buraxılmasını müsbət dəyərləndiriblər.
E.Süleymanova digər hüquqlarla yanaşı, media hüquqlarının da müdafiəsinin Müvəkkil tərəfindən nəzarətdə saxlandığını vurğulayıb. Törətdikləri əmələ və müvafiq qanunvericiliyə uyğun, habelə hüquq pozuntusuna yol vermiş KİV nümayəndələrinin cəzalandırılması üzrə dünya təcrübəsində mövcud olan alternativ üsullarla və onların əfvi ilə bağlı təkliflər verildiyi diqqətə çatdırılıb.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat