Modern.az

“Azərbaycanda dini xurafata qarşı mübarizəyə böyük ehtiyac var”

“Azərbaycanda dini xurafata qarşı mübarizəyə böyük ehtiyac var”

18 Avqust 2016, 14:40

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “2016-cı il Multikultiralizm ili” çərçivəsində “Media və din” mövzusunda təbdir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, “2016-cı il Multikulturalizm ili” çərçivəsində Dövlət Komitəsi tərəfindən müxtəlif xarakterli tədbirlər keçirilir.

“Bugünkü tədbirimiz media və din mövzusuna həsr olunub. Jurnalistlər dini mövzuda yazılar yazarkən bəzi məqamları nəzərə almalıdırlar. Bu gün dindən sui-istifadə, dini siyasiləşdirmək cəhdləri var. Eyni zamanda, dinlərin daxilində ayrı-ayrı cərəyanlar meydana gəlib. Xüsusən islam dini içərisində yaranan bu cərəyanların hansısa qolları Azərbaycana da gəlib çıxıb. Azərbaycan mediasında bəzən yanlış olaraq bu cərəyanları bir-birinə qarışdırırlar. Bəzən görürsən ki, bu cərəyanlarla əlaqədar yazılar yazarkən yerli-yersiz burada hansısa şəxsləri lider səviyyəsinə qaldırırlar. Biz mediaya bildirmək istəyirik ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Azərbaycan çox konfensiyalı ölkədir. Azərbaycanda ayrı-ayrı dini konfensiyalar bərabər şəkildə fəaliyyət göstərir”.

 

M. Qurbanlı qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətlərində qarşıda duran 2 mühüm vəzifə var: “Birinci, dini radikal qruplara qarşı ideoloji sahədə mübarizəni gücləndirmək və burada medianın rolunu artırmaq və dini xurafata qarşı mübarizə aparmaq lazımdır. Dini xurafata qarşı tarixən bizim klassiklərimiz öz əsərlərində mübarizə aparıblar. Bu gün də bu mübarizəyə böyük ehtiyac var. Xurafat, cahillik bu gün də mövcuddur. Dini xurafatdan da sui-istifadə edirlər. Dini xurafatla dini radikalizm bir medalın iki üzüdür. Bunların hər ikisinə qarşı mübarizə getməlidir və burada medianın özünəməxsus yeri və rolu var”.

 

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaranan gündən etibarən mətbuatla sıx şəkildə əməkdaşlıq edib: “Komitə Mətbuat Şurası ilə birgə layihələr həyata keçirir. Dini Komitə jurnalistlər üçün açıq bir quruma çevrilib. Azərbaycan tolerant ölkədir, bu məsələdə medianın da xüsusi rolu  var. Xarici qüvvələrin dindən sui-istifadə cəhdləri olur ki, bu cəhdlərin qarşısının alınmasında Azərbaycan jurnalistləri çox mühüm rol oynayır”.

Daha sonra digər tədbir iştirakçıları mövzu barədə öz fikirlərini bildirib.


Qafar Ağayev

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi