Modern.az

Azərbaycanlı avtoriteti kimlər niyə öldürdü... - SƏBƏB

Azərbaycanlı avtoriteti kimlər niyə öldürdü... - SƏBƏB

18 Avqust 2016, 16:04

Dünən gecə İstanbulun Beşiktaş səmtində “qanuni oğru” Rövşən Lənkəranskiyə (Caniyev) qarşı sui-qəsd təşkil olundu. Ağır yaralanan Caniyev və onun sürücüsü İstanbul xəstəxanalarından birində keçiniblər.

 

MDB məkanında ən nüfuzlu “qanuni oğru”lardan birinin öldürülməsi kifayət qədər ciddi rezonans doğurub. Modern.az xəbər verir ki, Rusiya KİV-i Lənkəranskiyə qarşı təşkil edilən hücumu yeni kriminal müharibə ilə əlaqələndirib.

 

Məlumata görə, o, MDB məkaının ən nüfuzlu “qanuni oğru”su sayılan Zaxari Kalaşovun (Şakro Molodoy) həbsindən sonra başlanan yeni müharibənin qurbanı olub.

 

Rövşən Lənkəranski və Merab Canqveladze öz təşəbbüsləri əsasında Şakro Molodoyun “qanuni oğru"ların tacının əlindən alınmasına qoyduğu qadağanı pozaraq, bir neçə avtoriteti bu addan məhrum edib.

 

Ehtimal olunur ki, məhz bu fəallığına görə Rövşən Lənkəranski sui-qəsdin qurbanı olub.

Rövşən Lənkəranski məşhur avtoritet, “Ded Xasan” ləqəbli yezidi kürd Aslan Usoyana qarşı təşkil edilən sui-qəsdin əsas sifarişçisi sayılır. “Ded Xasan” 16 yanvar 2013-cü ildə snayperlə qətlə yetirilib.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir