Modern.az

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

Aktual

18 Avqust 2016, 18:36

Baş prokuror Zakir Qaralov avqustun 26-da saat 10:00-da Balakən Rayon Prokurorluğunun inzibati binasında Balakən, Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

 

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatını və Balakən şəhərinə gəlmələrini müvafiq rayon prokurorluqları təşkil edəcək. 

 

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər. 

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!