Modern.az

Şamaxı və Ağsuda güclü meşə yanğınları başlayıb

Şamaxı və Ağsuda güclü meşə yanğınları başlayıb

18 Avqust 2016, 18:44

Şamaxı rayonunun Şərədil kəndi ərazisində başlayan yanğının miqyası böyüyüb.

 

Bu barədə Trend-ə hadisə şahidləri məlumat verib.

 

Məlumata görə, əvvəlcə kəndin ərazisindəki örüş sahəsində başlayan yanğın qısa zamanda genişlənib və artıq meşə zolağına keçib.

 

Hazırda Şamaxı və Ağsu rayon Yanğından Mühafizə xidmətlərinin əməkdaşları yanğının söndürülməsinə cəlb olunub.

 

Artıq Ağsu dolaylarına yaxın olan meşə zolağında da yanğın başlayıb. Yanğının qarşısının alınması üçün tədbirlər davam etdirilir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir