Hazırda bu posta konkret namizədlər müzkirə olunur
ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə yeni xüsusi nümyəndəsinin adı qurumun fevralın 24-25-də keçirilən sessiyasında açıqlanacaq. Bu barədə Ermənistanın ATƏT PA-da olan nümayəndə heyətinin rəhbəri Aram Safaryan “panarmenian”a bildirib.
Qeyd edək ki, keçmiş xüsusi nümayəndə Qoran Lenmarker İsveçdə keçirilən parlament seçkiləri zamanı deputat seçilmədiyindən artıq ATƏT PA-nın deputatı hesab edilmir.
“ATƏT PA-nın sədri Petros Eftimiu yeni nümayəndənin adını açıqlamalıdır və hazırda konkret namizədlər müzakirə edilir”-deyə Safaryan bildirib.