Modern.az

Rövşən Lənkəranskinin cənazəsi bu axşam Lənkərana gətiriləcək - SON FOTO  

Rövşən Lənkəranskinin cənazəsi bu axşam Lənkərana gətiriləcək - SON FOTO   

18 Avqust 2016, 20:03

“İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranskinin  (Caniyevin) Azərbaycana gətirilməsi ilə bağlı bütün sənədlər hazırlanıb və onun yaxınlarına təhvil verilib”. Modern.az saytı xəbər verir ki, bu barədə APA-nın Türkiyə müxbirinə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

 

Məlumata görə, artıq cənazənin Azərbaycana gətirilməsi üçün hava limanında sənədləşmə aparılır.

 

“Report”un əldə etdiyi məlumata görə, İstanbul-Lənkəran xüsusi reysi ilə uçan təyyarə Bakı vaxti ilə saat 21:45-də Lənkəran şəhər hava limanına enəcək.

R.Lənkəranski avqustun 19-da Lənkəran şəhər, Kiçik Bazar məhəlləsindəki Sardaxıl qəbiristanlığında torpağa tapşırılacaq. Bu arada Rövşən Lənkəranskinin xəstəxanada çəkilən son fotosu yayılıb.

Xatırladaq ki, hadisə avqustun 17-dən 18-nə keçən gecə İstanbul şəhərində baş verib. Belə ki, Barbaros bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı “90 ND 011” nişanlı avtomobillə ayrılan R.Lənkəranski digər maşınla otelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb. İş adamına hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar. R.Lənkəranski və sürücüsü xəstəxanaya aparılıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər