Modern.az

Bərdədəki dəhşətli qəzanın fotoları yayılıb - FOTOLAR

Bərdədəki dəhşətli qəzanın fotoları yayılıb - FOTOLAR

18 Avqust 2016, 20:16

Ötən gün Bərdədə baş verən dəhşətli qəzanın fotoları yayılıb. Modern.az xəbər verir ki, 4 avtomobilin toqquşması ilə nəticələnən yol qəzasında Kəlbəcər rayonundan olan bir ailənin 3 üzvü dünyasını dəyişib, 6 nəfər isə yaralanıb. Hadisə zamanı “Vaz-2106” markalı minik maşınında olan Alim İsayev və onun həyat yoldaşı Vəfa İsayeva  hadisə yerindəcə həyatını itiriblər. Onların 3 yaşlı qızı isə xəstəxanada dünyasını dəyişib. Ailənin yeganə sağ qalan üzvü 13 yaşlı Nuranə İsayeva isə koma vəziyyətindədir.  Həmin avtomobillərdə olan 37 yaşlı Müşfiq Cümşüdov, 55 yaşlı Rafael Məmmədov, digər minik maşınlarında olan 54 yaşlı Saleh Qasımov, 13 yaşlı Şahnaz Əlizadə, 16 yaşlı Sevil Şərifova ağır bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə Tərtər-Bərdə magistral yolunun Zümürxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Region.TV-nin məlumatına görə, Bərdə istiqamətində yüksək sürətlə hərəkət edən “Mersedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi Tərtər istiqamətində hərəkət edən “Vaz-2106”, “Ford explorer” və digər minik maşını ilə toqquşub. Qəzaya səbəb olan “Mersedes”in sürücüsü hadisə yerindən qaçıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?