Modern.az

Suriyada 46 terrorçu zərərsizləşdirilib

Suriyada 46 terrorçu zərərsizləşdirilib

18 Avqust 2016, 21:30

Suriyada xüsusi təyinatlılardan ibarət qrup son 5 gündə 46 terrorçunu zərərsizləşdirib.  Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" Hələbdəki mənbəyə istinadən yazıb.

 

Onların arasında 11 qruplaşma rəhbəri olub.

 

Bildirilir ki, zərərsizləşdirilən başçılardan biri “Cəbhət fəth aş-Şam” (Cəbhət ən-Nüsra) terror təşkilatında yeni üzvlərin cəlb olunmasına cavabdeh olan Əbu əl-Valid əl-Xanidir. Zərərsizləşdirilən terrorçu və səhra komandirləri “Cəbhət fəth aş-Şam”, “Axrar aş-Şam” və “Axrar al-Muxadjerin” qruplaşmalarının üzvləridir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır