Modern.az

Jurnalist təşkilatı Göyçayda multikultural dəyərləri təbliğ edib

Jurnalist təşkilatı Göyçayda multikultural dəyərləri təbliğ edib

18 Avqust 2016, 20:21

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “Region gəncləri arasında multukiltural dəyərlərin təbliği” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində ilk tədbir Göyçay şəhərində baş tutub. Tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin əməkdaşları, QHT nümayəndələri və gənclər iştirak ediblər.

 

Göyçay rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Eldəniz Məmmədov dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. E.Məmmədov deyib ki, Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün həmişə dinlər və svilizasiyalar arasında aparıcı rol oynayıb. İcra Hakimiyyətinin əməkdaşı bildirib ki, hər bir Azərbaycan vətəndaşının başlıca vəzifəsi yad ideologiyaların ölkəmizə ayaq açmasının qarşısnı almaqdır.

 

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə əvvəlcə layihənin məqsədi barədə məlumat verib. Qeyd edib ki, rəhbərlik etdiyi jurnalist təşkilatı 4 ay müddətində Göyçay, Şirvan, Cəlilabad və Tovuz şəhərlərində yaşayan gənclər arasında multikultural dəyərləri təbliğ edəcək. “Məqsədimiz ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə verməkdir” – deyə, JAM sədri bildirib.

 

S.Verdizadə həmçinin vurğulayıb ki, Azərbaycan xalqı dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət-din münasibətlərinə həmişə həssas yanaşıb: “Bu isə bir daha sübut edir ki, tolerantlıq Azərbaycan xalqının ruhuna hopub”.

 

Layihənin eksperti Teyyub Mirqasımov multikultural dəyərlərə bağlı olan cəmiyyətlərin qazandığı uğurlardan danışıb. Qeyd edib ki, Azərbaycanda mövcud olan birgəyaşayış modeli təkcə Qafqaz xalqları deyil, bütövlükdə dünya xalqları üçün yaxşı nümunədir.

 

 
Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...