Modern.az

Boksçumuz 9-cu medalımızı qazanıb

Boksçumuz 9-cu medalımızı qazanıb

18 Avqust 2016, 22:22

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Kamran Şahsuvarlı yarımfinal döyüşünə çıxıb. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, rəqib kubalı dünya çempionu Arlen Lopes olub.

Görüş Lopesin üstünlüyü şəraitində keçib. Bunun nəticəsində o, hər 3 raundu qələbə ilə başa vurub.

Beləliklə, Şahsuvarlı Azərbaycanın "Rio-2016"da 9-cu medalını rəsmiləşdirib. Bunadək cüdoçu Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq), qadın güləşçi Mariya Stadnik (48 kq) və kanoeçi Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş) gümüş, yunan-Roma güləşçiləri Rəsul Çunayevlə (66 kq) Sabah Şəriəti (130 kq), eləcə də kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) və taekvondoçu Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür