Avropa Liqasında mübarizəni davam etdirən “Qarabağ” bu gün növbəti oyununa çıxıb. Modern.az saytı xəbər verir ki,, Azərbaycan çempionu “Qarabağ” qrup mərhələsinə düşmək üçün
İsveçin “Höteborq” klubunu yolundan kənarlaşdırmalıdır. Bütün oyun boyu fəal olsa da, “Qarabağ” meydanı 1:0 hesablı məğlubiyyətlə tərk edib.
Oyunun yeganə qolunu 56-cı dəqiqədə “Höteborq” in oyunçusu Mads Albaek vurub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.
Modern.az