Gəncə şəhər prokurorluğu 2010-cu ilin yekunu ilə bağlı hesabat verib. Modern.az-ın məlumatına görə, hesabatda bildirlib ki, 2010-cu ildə Gəncə şəhər prokurorluğunda 36 nəfər haqqında 60 cinayət işinin ibtidai istintaqı tamamlanıb. İstintaqı tamamlanan 35 nəfər haqqında 33 iş baxılması üçün məhkəmələrə göndərilib, 27 cinayət işinin icraatına xitam verilib, 14 iş isə növbəti ilə qalıb.
Gəncə şəhər prokurorunun köməkçisi Elnar Hüseynovun bildirdiyinə görə, Gəncə şəhərində 2010-cu ildə 579 cinayət hadisəsi qeydə alınıb, 2009-cu ildə isə bu rəqəm 676 olub.
2010-cu hesabat ilində Gəncə şəhər Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqləri tərəfindən 292 nəfər haqqında 246 cinayət işinin ibtidai istintaqı tamamlanıb. Onlardan 286 təqsirləndirilən şəxs haqqında 293 cinayət işi baxıması üçün məhkəmələrə göndərilib, 24 cinayət işinə xitam verilib.
Hesabat dövründə qeydə alınan 579 cinayət hadisəsindən 211-i böyük ictimai təhlükə törətməyən, 294-ü az ağır, 74-ü isə ağır və xüsusi ağır cinaətlər olub.
Ötən il Gəncə Hava Limanı xətt polis şöbəsində 8 nəfər haqqında 8 cinayət işinin ibtidai istintaqı tamamlanıb və baxılması üçün rayon məhkəmələrinə göndərilib. 2010 cu ildə 14 nəfər yetkinlik yaşına çatmayanlar tərəfindən 14 cinayət hadisəsi törədilib.
2010-cu ildə cinayət törədənlərin 32-si bunu sərxoş halda edib, 73 nəfər isə əvvəllər məhkum olunanlardır. 2
Cinayəti sərxoş vəziyyətdə törədənlərin sayı 13 halda artıb.
Xalqi Qurbanov
Gəncə