Modern.az

Məleykə Abbaszadə TQDK işçilərini nizam-intizama çağırdı

Məleykə Abbaszadə TQDK işçilərini nizam-intizama çağırdı

Təhsil

2 Fevral 2011, 18:52

Fevralın 2-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) bütün struktur bölmələrin rəhbərlərinin iştirakı ilə iclas keçirilib. TQDK sədri Məleykə Abbaszadənin sədrliyi ilə keçirilən iclasda son illər ölkəmizdə korrupsiyaya qarşı genişmiqyaslı işlərin həyata keçirildiyi, bu sahədə mütərəqqi qanunvericilik aktlarının qəbul olunduğu qeyd edilib.

Modern.az-ın məlumatına görə, iclasda əhaliyə xidmət göstərən bölmələrə vəzifədən sui-istifadə və korrupsiya hallarına şərait yarada biləcək halların baş verməməsi, bu məqsədlə qabaqlayıcı tədbirlərin görülməsi üçün əlavə tədbirlərin aparılması və nizam-intizamın daha da möhkəmləndirilməsi barədə ciddi tapşırıqlar verilib.

Bununla yanaşı, iclasda ərizə və şikayətlərlə əlaqədar səmərəli araşdırmaların aparılması, operativ tədbirlərin görülməsi, Komissiyanın internet saytından, digər elektron xidmətlərindən maksimum effektiv istifadə edilməsi, qəbul kampaniyası ilə bağlı əhalinin dolğun məlumatlandırılması istiqamətində konkret tədbirlər müəyyən olunub.

İclasda həmçinin TQDK ilə müqavilə əsasında əməkdaşlığa cəlb olunan nəzarətçilərin, imtahan rəhbərlərinin və ekspert müəllimlərin fəaliyyəti barədə geniş müzakirələr aparılıb. Onlarla nəzərdə tutulan seminarların, keçirilən treninqlərin daha ciddi şəkildə aparılması, bu sahədə olan problemlərə, əhali tərəfindən edilən şikayət və narazılıqlara olduqca həssas yanaşılmasının vacibliyi vurğulanıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat