Modern.az

“Eurovision-2011” milli final konsertinin yeri və vaxtı məlum oldu

“Eurovision-2011” milli final konsertinin yeri və vaxtı məlum oldu

Təhsil

2 Fevral 2011, 21:35
Azərbaycanı “Eurovision-2011” beynəlxalq mahnı yarışmasında təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üçün milli final konsertinin yeri və və vaxtı məlum olub. İctimai Teleradionun İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov Modern.az saytına bildirib ki, milli final konserti fevralın 11-də keçiriləcək. Konsert İctimai Televiziya və Radioda saat 21:00-da yayımlanacaq.

“Eurovision-2011” Mahnı Müsabiqəsinin milli finalı Azərbaycan Akademik Milli Dram Teatrında təşkil olunacaq. Final mərhələsində 5 ifaçı Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova mübarizə aparacaq. “Eurovision” Mahnı Müsabiqəsinin milli təşkilatçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti hazırda final mərhələsi ilə bağlı son hazırlıq işləri aparır. Fevralın 11-də finalçıların ifasından sonra münsiflər heyətinin səsverməsi nəticəsində Azərbaycanın “Eurovision-2011”dəki təmsilçisi müəyyən olunacaq. 

Xatırladaq ki, milli seçimlərə 2010-cu ilin oktyabrından start verilib. İlkin dinləmələrdən keçən 77 nəfər noyabrın 15-dən etibarən İctimai Televiziyanın efirində 7 həftə boyunca yarışıb.  Tamaşaçılar və münsiflər heyətinin səsverməsi nəticəsində iştirakçılardan 10 nəfər yarımfinal mərhələsinə keçə bilib. 2011-ci il yanvarın 3-dən 10-dək davam edən yarımfinal mərhələsindən isə finala 5 nəfər vəsiqə qazanıb.

Modern.az
 
Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat