Misir ordusu Təhrir meydanına yığışan hökümət əleyhinə olan nümayişçilərin kütləvi həbsinə başlayıb. Bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat verib.
Qeyd edilir ki, Hüsnü Mübarəkin tərəfdarları və əleyhdarları gecəni Təhrir meydanında keçiriblər. Bu gün səhər tezdən atışma müşahidə edilib. Avtomatla silahlanmış bir dəstə səhər namazı zamanı kütləyə atəş açıb. Bir sıra məlumatlara görə, bu şəxslər snayperlər olub. 10 yaxın adamın öldüyü bildirlir.