Modern.az

Həkimlərə tapşırıq verildi: "Dərmanlar düzgün bölüşdürülsün"

Həkimlərə tapşırıq verildi: "Dərmanlar düzgün bölüşdürülsün"

Təhsil

3 Fevral 2011, 13:25

Bakı şəhərində fəaliyyət göstərən ambulator tibb müəssisələrinin baş həkimlərinin və imtiyazlı apteklərin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Səhiyyə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, iclas şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin səviyyəsinin daha da yaxşılaşdırılmasına həsr olunub.
“Əsas müzakirə olunan məqam son illər dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin aşkar edilməsi işinin yaxşılaşdırılması, xəstələrin qeydiyyata düşməsi məsələsinin stabil qaydada və vaxtında həyata keçirməsi, onlara pulsuz olaraq özünənəzarət vasitələri olan qlükometr və dərman preparatları ilə təmin olunması işinin təşkili idi. İclasda vurğulandı ki, şəkərli diabetdən əziyyət çəkən xəstələrin elektron kartları ilə təmin olunmasında müsbət işlər görülmüşdür ki, nəticədə təkcə Bakı şəhərində qeydiyyatda olan 40 minə yaxın şəkərli diabet xəstəsinin 25 mininə artıq bu kartlar təqdim olunmuşdur”-deyə nazirlikdən bildirilib.

Müşavirədə görülən işin səmərəsini daha da artırmaq üçün əsas məqama da toxunulub. Bu da verilən dərman preparatlarının həkimlər tərəfindən düzgün və lazımı qaydada müəyyən olunması, təyinatı və yönləndirilməsi işidir. Bu baxımdan tibb müəssisələrinin rəhbərlərinə xüsusi tapşırıq və tövsiyələr verilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat