Modern.az

Milli Məclisdəki partiya nümayəndələri həmməruzəçilərlə nədən danışıblar?

Milli Məclisdəki partiya nümayəndələri həmməruzəçilərlə nədən danışıblar?

Təhsil

3 Fevral 2011, 15:00

AŞPA-nın Azərbaycan üzrə məruzəçiləri Cozef Debono Qrex və Pedro Aqramuntu bu gün Milli Məclisdə təmsil olunan siyasi partiyalarla görüşüblər. Bu barədə Modern.az-a Ana Vətən partiyasının sədri Fəzail Ağamalı məlumat verib.

Görüşdə Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Rəfael Hüseynov, Yeni Azərbaycan Partiyasının icra katibi Mübariz Qurbanlı və bitərəf kimi deputat Azay Quliyev iştirak edib.

AŞPA məruzəçiləri siyasi partiyalarla Seçki Məcəlləsi və alternativ hərbi xidmət barədə üzakirə aparıblar. Məruzəçilər MSK-nın formalaşdırılması üçün Venetsiya Komissiyasının təkliflərinin  vacibliyi barədə danışıblar. Siyasi partiyalar nümayəndələri deyiblər ki, Azərbaycanda MSK paritet əsasda formalaşıb və burada bütün siyasi qüvvələrin maraqları təmsil edilib.

Alternativ xidmətlə bağlı isə deputatlar bildiriblər ki, bu məsələnin həlli mümkündür. Amma hazırda ölkənin müharibə şəraitində olması bu xidmət barədə qanunun qəbulunu ləngidir.

Qeyd edək ki, Milli Məclisdə səkkiz partiya təmsil olunur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat