Rusiya prezidenti Dimtiri Medvedev baş nazir Putini sərt şəkildə təkzib edib. Modern.az –ın məlumatına görə, FSB-nin rəhbəri Bortnikov bə İstintaq komitəsinin başçısı Bastrıkinlə görüşündə Medvedev deyib ki, rəsmi şəxslərin Domodedovo hadisəsi barədə cinayətin açılması haqda bəyanatları vaxtından əvvəl və yolverilməzdir.
“Hesab edirəm ki, istintaq işinin getdiyi bir zamanda, hələ məhkəmə hökmünün ortada olmadığı bir vaxtda cinayətin açıldığını elan etmək yolverilməzdir”-deyə prezident bildirib.
Medvedev qeyd edib ki, heç bir vəzifəli şəxsin cinayət işinin açıldığı barədə danışmağa ixtiyarı yoxdur. “Bu terror cinayətinin üstü hələ açılmayıb. Amma müəyyən irəliləyişlər var”-deyə Medvedev vurğulayıb.
Qeyd edək ki, bu gün Rusiyanın baş naziri Vladimir Putin “Domodedovo”da törədilmiş terror aktının üstünün açıldığını bildirib.
Modern.az