Modern.az

“İşbazlar” Bakı Tikiş Evinə əngəl yaradırlar

“İşbazlar” Bakı Tikiş Evinə əngəl yaradırlar

23 Avqust 2016, 13:00

“Hazırda məktəbli formalarının satışı normal şəkildə davam etdirilir. Alıcıların da bizdən hər hansı narazılığı olduğunu düşünmürəm”.

 

Bu haqda Modern.az-a Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov məlumat verib.

O bildirib ki, alıcılar üçün yaradılan “qaynar xətt” nömrələri daim açıqdır:

“Daxil olan hər bir müraciət araşdırılır. Çalışıram ki, daxil olan zənglərə özüm cavab verim. Çünki insanları maraqlandıran məsələlər mənim üçün də önəmlidir. Müraciətlərin 99 faizi daha çox vətəndaşların yaşayış yerinə yaxın olan mağazaların ünvanlarını öyrənilməsilə və saxta məktəbli formalarını necə ayırd etməklə bağlı olur.

Hər bir valideyn övladına keyfiyyətli paltar geyindirmək istəyir.

İşbazlar məhsullarının üzərinə Bakı Tikiş Evinin etiketlərini vuraraq, satışa çıxarır. Bundan qaçmaq üçün ən asan yol bizim mağazalarımıza müraciət etməkdir”.

E.Əzimov valideynləri diqqətli olmağa çağırıb:

“Kimsə nisbətən ucuz məktəbli forması ala bilər, amma bir neçə dəfə yuyulmadan sonra onun keyfiyyətsiz olduğunu görəcək. 2-3 aydan sonra yeni geyim almağa vadar olacaq.

Bizim məktəbli dəstlərimiz xarab olmur, şagirdlər onu rahat şəkildə bir neçə il geyinə bilərlər”.

Şöbə müdiri deyib ki indiyədək geyimlərlə bağlı qıtlıq, hansısa ölçünün tapılmaması barədə şikayət yoxdur:

“Mən gündəlik olaraq anbara nəzarət edirəm. Hər hansı ölçüdən azalan kimi dərhal biçilir və tikilir. Bu iş bizim üçün bir neçə saata başa gəlir. Parçalarımız da, işçilərimiz də var. Mağazalarımız da şənbə və bazar günləri alıcıların xidmətindədir”.

 

Gülşən RAUFQIZI

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu