Modern.az

Lalə Şövkət “Ölkə”ni bağışladı...

Lalə Şövkət “Ölkə”ni bağışladı...

3 Fevral 2011, 16:22
Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövktək «Ölkə» qəzetini bağışlayıb. Bu barədəModern.az-a partiyaın mətbuat xidmətindən məlumat daxil olub.

Məumatda bildirilir ki, "Ölkə" qəzetinin 11 fevral 2010-cu il tarixli buraxılışında Lalə Şövkətə qarşı "Madam" ləqəbli "KQB" agenti" adlı böhtan xarakterli məqalə dərc edilib. Bu yazıya görə, Lalə Şövkət "Ölkə" qəzetini məhkəməyə verib. Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2010-cu il tarixli qətnaməsində "Ölkə" qəzetində təkzib verilməsi və Lalə Şövkətə dəymiş mənəvi zərərin əvəzi olaraq 4 min manat məbləğində pul tutulması haqqında qərar çıxarılıb. Həmin məbləğ Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək əlilləri üçün Pansionatın hesabına köçürülməli idi.
Lakin, "Ölkə" qəzetinin 3 fevral 2011-ci il tarixində "Lalə Şövkətdən üzr istəyirik" başlıqlı yazıda yuxarıda sadalanan məqalənin böhtan olduğunu və orada göstərilən informasiyanın həqiqətə uyğun olmadığını etiraf etdiklərinə görə, Lalə Şövkət məhkəmənin pul tutulması ilə bağlı qərarından imtina edərək, qəzeti bağışlayıb.

Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?