Bu gün Azərbaycanın Kürdəmir rayonunda Hərbi Hava Qüvvələrinə məxsus "Su 25" hərbi təyyarəsi qəzaya uğrayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlunun ANS-ə verdiyi məlumata görə, təyyarə təlim zamanı qəzaya uğrayıb. Hər iki ekipaj katapulta edərək xilas olub.
Təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır.