Modern.az

ARAŞDIRMA: Dostsuz yaşamaq siqaret çəkmək qədər sağlamlığa ziyandır

ARAŞDIRMA: Dostsuz yaşamaq siqaret çəkmək qədər sağlamlığa ziyandır

24 Avqust 2016, 15:39

Harvard universitetinin alimləri yeni araşdırma aparıblar. Modern.az xəbər verir ki, “Proceedings of the Royal Society B” jurnalında dərc edilən məqalədə böyük maraq doğurub.

 

Araşdırma zamanı alimlər tənha və çoxlu dostları olan insanlar arasında rəngsiz fibrogen zülalının miqdarını müəyyən etməyə çalışıblar. Müəyyən olunub ki, insanlarda trombun yaranamasına və qanaxmasının dayanmasına cavabdeh olan fibrogen zülalı dostları olmayan, azsaylı qohumları ilə əlaqə saxlayan şəxslərdə təcrübənin digər iştirakçıları ilə müqayisədə 20% çoxdur.

 

Harvard alimləri hesab edir ki, bunun səbəbini tənha insanların tez-tez depressiyada olması və buna görə fibrogen miqdarının orqanizmlərində artması ilə əlaqələndiriblər. Eyni fibrogen miqdarı siqaret çəkən insanlarda müşahidə olunur.

 

Alimlər buna görə də insanları sıx dostlaşmağa və daim ünsiyyətdə olmağa çağırırlar.

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir