Modern.az

Ramil Usubov Polis Akademiyasının məzunlarına vəzifələr verdi

Ramil Usubov Polis Akademiyasının məzunlarına vəzifələr verdi

24 Avqust 2016, 16:23

Avqustun 24-də Daxili İşlər Nazirliyində (DİN) ötən tədris ilində Polis Akademiyasının əyani şöbəsi məzunlarının Bakı Şəhər Baş Polis İdarəsinin orqan və hissələrində vakant olan zabit vəzifələrinə təyin olunmaları münasibətilə tədbir keçirilib.

DİN-dən Modern.az-a verilən məlumata görə, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbiri giriş sözü ilə açaraq təyinatın şəffaf şəkildə, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini bildirib, bu üsulun son illər artıq ənənəyə çevrildiyini vurğulayıb.

O qeyd edib ki, Polis Akademiyasını bitirmiş məzunların, ali hüquq təhsili almış əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilməsi, onlara lazımi qayğının göstərilməsi daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov Nazirliyə Bakı qeydiyyatında olan 53 məzunun dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib.

Daha sonra püşkatma yolu ilə təyinat keçirilib. Polisin orta rəis heyəti vəzifələrinə iddiaçı olanlar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkib və ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinə təyinat alıblar.

Yeri gəlmişkən, Akademiyanı fərqlənmə diplomu və əla qiymətlərlə bitirmiş 8 məzundan 3-ü Nazirliyin Baş Təşkilati-İnspeksiya İdarəsinə, 1-i Baş Cinayət Axtarışı İdarəsinə, 1-i Polis Akademiyasına, 3 nəfər isə müstəntiq vəzifələrinə təyin ediliblər.

 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi