Modern.az

Azərbaycan prezidenti italiyalı həmkarına başsağlığı verdi

Azərbaycan prezidenti italiyalı həmkarına başsağlığı verdi

24 Avqust 2016, 17:16

Azərbaycan prezidenti İlham Əliyev İtaliy prezidenti Sercio Mattarellaya başsağlığı verib.

 

Modern.az xəbər verir ki, başsağlığı mətnində deyilir:

 

“Hörmətli cənab Prezident,

 

Ölkənizdə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

 

 

Mirmahmud KAZIMOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi