Modern.az

Azərbaycan Rusiyaya kömək etdi

Azərbaycan Rusiyaya kömək etdi

24 Avqust 2016, 17:33

Rusiya Federasiyasının enerji sistemində baş vermiş qəza zamanı Azərbaycan qonşu dövlətə kömək edib.

Rusiya Federasiyasının Sverdlovsk vilayətində yerləşən gücü 3800 meqavat olan “Reftinski” Dövlət Rayon Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində Sibir enerji sistemi şəbəkədən açılıb, enerji sistemində güc çatışmazlığı yaranıb. Nəticədə 600 mindən çox əhali, həmin ərazidə olan sənaye müəssisələri elektrik enerjisiz qalıb.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən bildirilib ki, Rusiya Federasiyasının enerji sistemində baş vermiş sistem qəzası zamanı Azərbaycan öz köməyini əsirgəməyib. Belə ki, Rusiya Sistem Operatorunun müraciəti əsasında ölkə enerji sisteminin ehtiyat gücü hesabına qəza baş verən andan başlayaraq, qəzanın fəsadları aradan qaldırılana kimi qonşu ölkəyə fasiləsiz 200 meqavat gücündə enerjinin ötürülməsi təmin edilib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir