Modern.az

TQDK 600 və daha yüksək bal toplayanlar üçün ayrıca jurnal buraxmayacaq

TQDK 600 və daha yüksək bal toplayanlar üçün ayrıca jurnal buraxmayacaq

24 Avqust 2016, 17:43

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası artıq neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirir və bu barədə məlumatları "Abituriyent" jurnalının 11-ci nömrəsində çap edir.

Lakin bu ildən etibarən, məlumatlar ayrıca jurnalda çap edilməyəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a bildirilib ki, 600 və daha yüksək bal toplayan gənclərə abiturient.az saytında ayrıca bir bölmə həsr ediləcək və bu məlumatlar ictimaiyyət üçün daha da əlçatan olacaq.

2016-2017-ci tədris ilində 600 və daha yüksək bal toplayan gənclər iş nömrəsi və şifrdən istifadə etməklə //abiturient.az/600bal/  keçidində təqdim olunan anket-sorğu formasını doldura bilərlər. Forma (bütün bəndlər) yalnız bir dəfə doldurulmalıdır.

Əlavə məlumat əldə etmək üçün [email protected] elektron poçtuna yaza və ya

(+99412) 489-02-59 nömrəsinə zəng edə bilərsiniz.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi