Modern.az

Həyətdəki zibili yandırmaq istədi, özü yandı

Həyətdəki zibili yandırmaq istədi, özü yandı

Aktual

24 Avqust 2016, 20:04

Salyan rayonunun Alçalı kənd sakini, 1974-cü ildə anadan olmuş Əhədova Sənəm Ələkbər qızı həyətyanı sahələrindəki qurumuş yarpaq və zibil qalıqlarını yandırmaq istəyərkən özü yanıb. Modern.az saytı xəbər verir ki,  Virtualaz.org-un məlumatına görə, qaladığı tonqalın alışmadığını görən qadın həyətdə butulkada olan mayeni kerosin bilərək onun üzərinə tökmək qərarına gəlib. Amma butulkada olan maye avtomobil benzini olduğundan, qəfil yanğın baş verib.

 

Nəticədə, Sənəm Əhədova 3-cü dərəcəli yanıq diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Amma vəziyyəti ağır olduğu üçün bir müddət qaldıqdan sonra buradan Bakı şəhərindəki 5 saylı xəstəxananın nəznindəki Bakı Yanıq Mərkəzinə aparılıb.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır