Modern.az

Neftçalada "PAZ" avtobusu "Mercedes"lə toqquşub, ölənlər var

Neftçalada "PAZ" avtobusu "Mercedes"lə toqquşub, ölənlər var

Təhsil

4 Fevral 2011, 12:58

Neftçala rayonunda Salyan-Neftçala avtomobil yolunun 36-cı kilometrliyində "PAZ" markalı avtobus və "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtobusun sürücüsü və hadisə zamanı minik avtomobilində olan 4 nəfərdən ikisi yaralanıb, digər iki nəfər 1971-ci il təvəllüdlü Şahmar Tapdıq oğlu Piriyev və 1982-ci il təvəllüdlü Dinar Adil oğlu Eyvazov isə həlak olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaralılar xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış Ş.Piriyevin cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat