Modern.az

Türkiyənin Azərbaycandakı səfirinin yeni iş yeri məlum oldu

Türkiyənin Azərbaycandakı səfirinin yeni iş yeri məlum oldu

Aktual

26 Avqust 2016, 10:41

Türkiyə 12 xarici dövlətdəki səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onlardan 10-nun yeri dəyişdirilib.  

 

Dərc olunan fərmanla  Azərbaycan, Fransa, İtaliya, Xorvatiya, Panama, Makedoniya, Mozambik, Yeni Zelandiya, Tunis, Bruney, Bosniya-Hersoqovina və Moldovadakı səfirləri mərkəzə çağırılıb.

 

Qeyd edək ki,  Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun idi. Yeni səfir isə Türkiyə Xarici İşlər Nazirliyi şöbə müdirinin müavini Erkan Özoral təyin edilib.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir