Modern.az

Qobustan həbsxanasının rəisi vəzifədən azad edildi

Qobustan həbsxanasının rəisi vəzifədən azad edildi

26 Avqust 2016, 11:39

Ədliyyə polkovniki Fikrət Qafarov Qobustan həbsxanasının rəisi vəzifəsindən azad edilib.

 

F.Qafarov Bakı şəhəri, Xəzər rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsinə rəis təyin olunub. O, 2 saylı Cəzaçəkmə Müəssisəsində Elçin Əlicanovu əvəz edib.

 

Modern.az-a daxil olan məlumata görə, Qobustan həbsxanasının rəisi vəzifəsinin icrası əvvəllər 12 saylı Cəzaçəkmə müəssisəsinin rəisi işləmiş Aftandil Ağayevə həvalə edilib.

 

Daha bir dəyişikliyə görə, əvvəllər 2 saylı Cəzaçəkmə müəssisəsinin rəisi olmuş Eyvaz Əsgərov 10 saylı Cəzaçəkmə müəssisəsinə göndərilib. O, hazırda burada rəis vəzifəsini icra edir.


 

Gülşən RAUFQIZI

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI