Modern.az

Rövşən Lənkəranskini öldürənlərdən biri Rusiyada axtarılır

Rövşən Lənkəranskini öldürənlərdən biri Rusiyada axtarılır

26 Avqust 2016, 12:04

“Qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) İstanbulda qətlə yetirilməsindəki günahkar fiqurlarından biri Rusiyada 5 ölüm faktına görə axtarılır. Modern.az bildirir ki, bu haqda Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

 

Həmin şəxsin Rövşən Lənkəranskiyə yaxınlığı ilə seçilən Hacı Beyləqanlı (Talıbxanlı) olduğu bildirilir. Qətldən dərhal sonra o və “qanuni oğru”nun iki silahdaşı – Zaur Sumqayıtlı və Vahid Bakılı saxlanılıb.

 

Onların Canıyevin güllələnməzdən əvvəl hoteldəki görüşdə iştirak etdikləri məlum olub. Bundan başqa, bəzi informasiyalara görə, saxlanılanlar Canıyevin “ştatlı” killerləri olublar və Hacı Bakinskinin öldürülməsində iştirakçılardır. 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır