Modern.az

Olimpiya çempionuna 1 kq qızıl hədiyyə verildi

Olimpiya çempionuna 1 kq qızıl hədiyyə verildi

27 Avqust 2016, 11:36

Şüvüllə tullanma üzrə olimpiya çempionu braziliyalı Tiaqo da Silva Rio-de-Janeyro Olimpiadasında qazandığı qızıl medala görə səxavətlə təltif edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Silva evdəki Olimpiadada olimpiya və şəxsi rekordunu təzələyərək 6,03 metr nəticə göstərib.

Braziliyalı bu medala görə keçmiş klubundan 1 kiloqram  külçə qızıl alıb.

“Bu hədiyyə mənim üçün çox vacibdir. Mən bu medalı öz azarkeşlərim üçün qazanmışam. Hamıya təşəkkür etmək istəyirəm”, - idmançı deyib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub