Modern.az

İdmançıların formasını oğurlayan baş katib tutuldu

İdmançıların formasını oğurlayan baş katib tutuldu

27 Avqust 2016, 12:33

Keniya Milli Olimpiya Komitəsinin baş katibi Frensis Pol Rio-de-Janeyro Olimpiadasındakı maxinasiyadan sonra tutulub. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, idman naziri Hasan Vario ölkənin Milli Olimpiya Komitəsinin buraxıldığını elan edib.

Məlumatda qeyd edilir ki, Pol Olimpiadada Keniya nümayəndə heyətinin fəaliyyətinin təşkili ilə bağlı problemə görə saxlanılıb. Bundan əlavə, həbs Keniya idmançılarının dəst formalarını qanunsuz mənimsəmə üzrə işin araşdırılması ilə bağlıdır.

“Bəli, bu həqiqətdir. Frensis Olimpiadadkı maxinasiyaya görə həbs olunub”, - hüquq-mühafizə orqanlarındakı mənbə təsdiqləyib.

Keniyalılar Rio-de-Janeyro Olimpiadasında 6-sı qızıl olmaqla 13 medal qazanıblar.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub