Modern.az

Əhəd Abıyev Daşkəsəndəki fəlakətdən DANIŞDI

Əhəd Abıyev Daşkəsəndəki fəlakətdən DANIŞDI

27 Avqust 2016, 13:21

Daşkəsən İcra Hakimiyyəti rayon ərazisində 26 avqust tarixində saat 20:00 radələrində baş vermiş təbii fəlakətlə bağlı rəsmi açıqlama verib. İcra hakimiyyətindən Modern.az-a verilən məlumata görə, yağışla  müşayiət olunan güclü külək - qasırğa nəticəsində evlərə, o cümlədən, Daşkəsən şəhərinin 10-dan  artıq  yaşayış və sosial-inzibati binalsının dam örtüyünə və rayonun yol, elektrik, rabitə təsərrüfatlarına ziyan dəyib.

Daşkəsən şəhər S.Vurğun küçəsi 15, Ş.İ.Xətai küçəsi 3 nömrəli yaşayış binasının dam örtüyü tamamilə sıradan çıxıb, taxta konstruksiyalarla birlikdə binanın üstündən aşıb.

Təbii fəlakət zamanı xəsarət alan olmayıb.


Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Aidiyyəti üzrə müvafiq qurumlara müraciətlər olunub, daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.


Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev təbii fəlakət baş vermiş ərazilərdə olub, zərər çəkmiş sakinlərlə görüşüb. Sakinlərlə görüş zamanı Əhəd Abıyev deyib ki, rayon Hidrometeorologiya stansiyasının verdiyi məlumata görə, küləyin sürəti saniyədə 33-37 m təşkil edib. O, bildidib ki, rayon mərkəzində, o cümlədən rayonun Xoşbulaq, Əhmədli, Mollahəsənli kəndlərində, Yuxarı Daşkəsən qəsəbəsində və digər yaşayış məntəqələrində çoxsaylı yaşayış və sosial-inzibati binalara və xüsusilə rayonun elektrik təsərrüfatına güclü ziyan dəyib.

Səhər 05:00 radələrinədək rayon mərkəzində elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda digər yaşayış məntəqələrində təbii fəlakətin vurduğu ziyan aradan qaldırılır. Hələlik bütün bunlar rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına həyata keçirilir.


Hazırda Fövqəladə Hallar Nazirliyi ilə yerli Fövqəladə Hallar Komissiyasının əməkdaşları dəymiş ziyanın həcmini müəyyənləşdirir, dəyən bu ciddi ziyan qısa müddətdə aradan qaldırılacaq.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi