Modern.az

MSK Müsavatın referendumla bağlı təşviqat qrupunu qeydə almadı

MSK Müsavatın referendumla bağlı təşviqat qrupunu qeydə almadı

27 Avqust 2016, 14:51

 Avqustun 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, əvvəlcə Komissiyanın 20 avqust 2016-cı il tarixli iclasının protokolu təsdiq olunub.

 

Sonra 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Vətəndaş Cəmiyyəti” və “Bələdiyyə” referendum üzrə təşviqat qruplarının Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu komissiya üzvlərinin təsdiq edilməsi, eləcə də həmin təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin qeydə alınması məsələlərinə baxılıb.

Komissiya sözügedən təşviqat qrupları tərəfindən irəli sürülmüş məşvərətçi səs hüquqlu komissiya üzvlərinin təsdiq edilməsi, həmçinin səlahiyyətli nümayəndələrin və vəkil edilmiş şəxslərin qeydə alınması barədə qərar qəbul edib.

 

Mərkəzi Seçki Komissiyasının iclasında 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) Müsavat Partiyasının “Respublika” referendum üzrə təşviqat qrupunun qeydə alınması məsələsinə də baxılıb.

MSK katibi Arifə Muxtarova deyib ki, “Respublika” təşviqat qrupunun qeydə alınması üçün etibarlı imzaların sayı tələb ediləndən az olub. MSK tərəfindən 3604 imza etibarsız sayılıb, qalan 35 000-dən bir qədər çox imza təşviqat qrupunun qeydə alınması üçün kifayət olmayıb.

Maraqlı tərəflərin iştirakı ilə Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra Respublika” təşviqat qrupunun qeydə alınmamamsı barədə qərar qəbul edilib.

İclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir