Modern.az

Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatı: yanğın nəticəsində 1 ölü, 9 yaralı var

Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatı: yanğın nəticəsində 1 ölü, 9 yaralı var

Təhsil

5 Fevral 2011, 13:18

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Yasamal rayonunda yerləşən Azərbaycan Texniki Universitetinin beşmərtəbəli yataqxana binasında yanğınla davam edən partlayış hadisəsinin baş verməsi barədə rəsmi məlumat yayıb.
Xəbər verilir ki, dünən axşam saatlarında məlumat daxil olan kimi, dərhal nazirliyin müvafiq qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıv.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, binanın 2-ci mərtəbəsində 1950-ci il təvəllüdlü Cəfərov Rəhman Qulam oğluna məxsus mənzilin yanar konstruksiyaları 60kv.m sahədə yanıb, hadisə zamanı binada olan vətəndaşlardan 9-u müxtəlif xəsarətlər alıb. Zərərçəkmişlər xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər 10 nəfəri, o cümlədən 4 azyaşlı uşağı yanğından xilas ediblər, daha 32 nəfərin təxliyyəsini həyata keçirib, yataqxana binasını yanğından mühafizə ediblər. Həmçinin, əraziyə cəlb olunmuş xilasedicilər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin edib və hüquq mühafizə orqanlarının və digər aidiyyəti qurumların əməkdaşları ilə birgə bina sakinlərinin təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını həyata keçiriblər. Yanğın söndürüləndən sonra oradan 1950-ci il təvəllüdlü Cəfərov Rəhman Qulam oğlunun cəsədi aşkarlanıb. İlkin ehtimala görə, hadisəyə maye qaz balonunda baş vermiş sızma səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Modern.az
 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat