Modern.az

Binəli Yıldırım Türk Şurasının baş katibi ilə görüşüb

Binəli Yıldırım Türk Şurasının baş katibi ilə görüşüb

27 Avqust 2016, 22:07

Türkiyənin baş naziri Binəli Yıldırım Türk Şurasının baş katibi Ramil Həsənovu İstanbuldakı Vəhdəddin iqamətgahında qəbul edib. Modern.az saytı xəbər verir ki, bu barədə APA-ya Türk Şurasının mərkəzi qərargahından bildirilib. Görüşdə Ramil Həsənov 15 iyul hərbi çevriliş cəhdinə qarşı ilk dəqiqələrdən Şuranın gördüyü işlər barədə baş nazir Yıldırıma məlumat verərək, son günlərdə Türkiyədə meydana gələn terrorçu hücumlara  görə narahatlığını bildirib.

 

Türk Şurasının noyabrda Bişkekdə keçiriləcək VI zirvə toplantısının  hazırlıq işləri və sentyabrın əvvəlində keçiriləcək II Köçəri oyunları barədə  Türkiyənin baş nazirini məlumatlandıran Ramil Həsənov, 20-21 oktyabr tarixlərində Şuranın BMT Mədəniyyətlər İttifaqı ilə birgə İstanbulda keçirəcəyi “Ekstremizmə aparan radikallıqla mübarizədə gəncliyin rolu” mövzusundakı konfransa Binəli Yıldırımı fəxri qonaq kimi dəvət edib.

 

BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclası çərçivəsində Türk Şurasının təşkil edəcəyi xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısının gündəmi barədə də baş nazirə məlumat verən Ramil Həsənov, Şuranın işini daima dəstəkləyən Türkiyə rəhbərliyinə təşəkkür edib.

 

Baş katib Həsənovun verdiyi məlumata görə, görüşdən məmnun olduğunu bildirən baş nazir Binəli Yıldırım, 15 iyul hərbi çevriliş cəhdi zamanı Türk Şurasının tutduğu qəti mövqeyə görə Ramil Həsənova  minnətdarlığını bildirib. Qurulduğu gündən bəri Türkiyə tərəfindən Türk Şurasına verilən dəstəyin bundan sonra daha da artacağını vurğulayan baş nazir bu çərçivədə görüləcək çox işlərin olduğunu bildirib.

 

Görüşdə Türk Şurası baş katibinin müavini Ömər Kocaman və Şuranın protokol müdiri Əmrə Yurdakul da iştirak ediblər.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI