Modern.az

Bakıda daha 3 nəfər dəm qazından boğularaq ölüb

Bakıda daha 3 nəfər dəm qazından boğularaq ölüb

5 Fevral 2011, 14:12

Fevralın 4-də Binəqədi rayon sakinləri Gülpəri Nəcəf qızı, Bağdad Nəsirova, Yasamal rayon sakini Dövran Bədəlov mənzillərində dəm qazından zəhərlənərək ölüblər. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin digər xəbərinə görə, fevralın 4-də Xırdalan şəhər sakini Xaləddin Abbasov dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Fevralın 4-də özünü təqdim etməyən şəxs Nərimanov RPİ 18-ci PB-yə  zəng edərək 10 yaşlı uşağının qazdan boğulması barədə məlumat verib.
18-ci PB əməkdaşları tərəfindən Ə.Rəcəbli küçəsində yaşayan 10 yaşlı Ayaz Əsədovun hamamda çimərkən dəm qazından zəhərləndiyi üçün Kliniki Tibbi Mərkəzə yerləşdirilməsi müəyyən edilib.

Fevralın 4-də saat 12.40 radələrində Böyük Şor-Bakıxanov Dəmir Yolu mənzilinin 11-ci km-də, dəmir yolunun yaxınlığındakı transformatorun üstündə Zəngilan rayon sakini Səhrab Məmmədəliyevin meyiti tapılıb. DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində S.Məmmədəliyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi müəyyən edilib.

Fevralın 4-də Ağcabədi rayonunda rayon sakini Elmir Şükürov M.Ə.Rəsulzadə küçəsində tikilməkdə olan evin həyətində olarakən evin bir hissəsi onun üstünə aşıb. Nəticədə E.Şükürov hadisə yerində ölüb.

Fevralın 4-də saat 21.00 radələrində Salyan rayonu M.Ə.Rəsulzadə küçəsi ev 29-da yaşayan Güldəstə Əzizovanın evində məişətdə  istifadə edilən qaz balonundan təbii qazın sızmasından partlayış baş verib. Nəticədə evin qapı və pəncərə cərçivələri dağılıb, xəsarət almış G.Əzizova, bacıları Əfsanə, Səfayət və qardaşı Səbahəddin isə xəstəxanaya yerləşdirilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir