Modern.az

Hüsnü Mübarək nazirlərlə iclas keçirib

Hüsnü Mübarək nazirlərlə iclas keçirib

5 Fevral 2011, 17:05

Misir prezidenti Hüsnü Mübarək bu gün nazirlərlə və iqtisadi ekspetrlərlə iclas keçirib. Modern.az  “RSN” Agentliyinə istinadən bildirir ki, iclasda ölkədə baş verən iğtişaşlar  nəticəsində yaranan vəziyyət müzakirə edilib.

Qeyd edək ki, bu günlərdə Fransanın “Kredi Aqrikol” bankının analitikləri bəyan ediblər ki, Misirdəki siyasi böhran hər gün ölkəyə 310 milyon dollar ziyan vurur.

Qahirədə bütün banklar və birjalar bağlanıb. Sənaye müəssələrinin işi dayandırılıb.

Paytaxt Qahirənin baş meydanı Təhrirdə isə yüz minlərlə nümayişçisinin “İstefa!” tələbli aksiyası davam edir...

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi