Modern.az

“Vikiliks” ABŞ-ın daha bir sirrini açdı...

“Vikiliks” ABŞ-ın daha bir sirrini açdı...

Dünya

5 Fevral 2011, 17:23

Rusiya strateji hucum silahlarının ixtisarı və məhdudlaşdırılması ilə bağlı ABŞ-la sazişi bir şərtlə imzalayıb. Rəsmi Moskva Vaşinqtondan Böyük Britaniyanın nüvə arsenalı barədə gizli məlumatların təqdim edilməsini istəyib. Bu barədə “Vikiliks” saytı məlumat yayıb. Söhbət Trident raketlərindən gedir. ABŞ Dövlət Departamentinin sayt tərəfindən yayılan gizli yazışmalarında  bildirilir ki, Moskva amerikalılar tərəfindən İngiltərə üçün istehsal olunan Trident raketləri barədə dəqiq məlumatlar tələb edib.  

2010-cu ildə göndərilən sənəddə deyilir ki, müdafiə naziri Uliyam Heyq bildirib ki, Böyük Britaniyanın hərbi arsenalında 160 nüvə başlığı var. Qitələrarası Trident-2 ballistik raketləri Böyük Britaniyanın strateji nüvə qüvvəsini təşkil edir.

Rusiya –ABŞ –ın imzaladığı bu müqavilə bu gün rəsmən qüvvəyə minəcək. Bununla bağlı sənədi Rusiyanın xarici işlər naziri Lavrov və ABŞ dövlət katibi Klinton imzalayacaq.


Modern.a
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı