Modern.az

Prezidentin özü və oğlu istefa verib

Prezidentin özü və oğlu istefa verib

5 Fevral 2011, 22:38

Misir prezidenti Hüsnü Mübarək Milli Demokrat Partiyasının sədrliyindən istefa verib. Onun oğlu Qamal Mubarək da həmin partiyada baş katibi vəzifəsindən gedib. Xarici mətbuat bu barədə xəbərləri Misirin dövlət telekanalaının şənbə günü elan etdiyini bildirirlər.

Hakim partiyaya yeni seçilən baş katib Hossam Badravi partiyada liberal qanadın təmsilçisi sayılır. Nümayişçilər hələ də Təhrir meydanındadır. Ancaq cümə günü keçirilən nümayişlərdən sonra onların sayı azalıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı