Modern.az

Elmar Məmmədyarov Hillari Klintonla görüşüb

Elmar Məmmədyarov Hillari Klintonla görüşüb

Təhsil

6 Fevral 2011, 18:07

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hilari Klintonla görüşüb. Münhendə 47-ci Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan bu görüşdə Azərbaycan-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Modern.az BBC-yə istinadla xəbər verir ki, E.Məmmədyarov danışıqlar zamanı bildirib ki, bu münaqişənin çözülməsi zamanı yetişib. Öz növbəsində xanım Klinton Azərbaycana Əfqanıstanda davam edən anti-terror müharibəsində müttəfiqlərə verdiyi dəstək üçün Vaşinqtonun təşəkkürünü bildirib. Münhendə keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında Azərbaycan və Türkiyənin xarici işlər nazirləri də görüşüblər. Türkiyənin "Cihan" xəbər agentliyi ölkənin xarici işlər naziri Əhməd Davutoğluya istinadən bildirib ki, onun Elmar Məmmədyarovla görüşündə Azərbaycan və Türkiyə Strateji Əməkdaşlıq Ali Şurasına hazırlıq məsələsi müzakirə olunub. Əhməd Davutoğlu həmçinin bidirib ki, o, İsveçrənin xarici işlər naziri ilə görüşündə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Xatırladaq ki, Azərbaycan və Türkiyə Strateji Əməkdaşlıq Ali Şurasını yaratmaq barədə qərarı 2010-cu ilin sentyabrında İstanbulda türkdilli xalqların sammitində qəbul ediblər. Azərbaycanın Ankaradakı elçisi Faiq Bağırov bildirib ki, Ali Şuranın ilk iclası mart və ya aprel ayında Bakıda keçirilməlidir. Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır