Modern.az

Gənclər Xırdalanda Hüsnü Mübarəkin heykəlini fitə basıblar (aksiya)

Gənclər Xırdalanda Hüsnü Mübarəkin heykəlini fitə basıblar (aksiya)

Təhsil

6 Fevral 2011, 18:23


Fevralın 5-də saat 14:00 radələrində bəzi müxalif partiya və müstəqil gənclər təşkilatlarının 30-a yaxın fəalı Xırdalandakı “Misir-Azərbaycan dostluq parkı"nda etiraz aksiyası keçiriblər. (Azadlıq radiosu)
Aksiya iştirakçıları «Qaz, işıq, su qalxdı. Millət palçığa batdı», «Dictator Exit (Diktator get)», «İnqilabınız Mübarək»,  «Let Egyptians free and luck. Be off Hosni Mubarak" (Misirlilərin azad və xoşbəxt olmasına icazə ver. Çıx get Hüsnü Mübarək) kimi şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları Hüsnü Mübarəkin heykəlini fitə də basıblar.
Aksiya cəmi bir dəqiqə çəkib. Gənclər polislər hadisə yerinə gələnə qədər aksiyanı başa çatdırıb parkdan uzaqlaşıblar. Aksiyaya görə saxlanan olmayıb.

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat