Modern.az

Azərbaycanda normal halda ən çox nə qədər insan yaşaya bilər?

Azərbaycanda normal halda ən çox nə qədər insan yaşaya bilər?

Parlament

7 Fevral 2011, 11:05

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az saytına açıqlamasında azərbaycanlıların Azərbaycana sığışıb-sığışmaması məsələsindən danışıb.

Öncə soydaşlarımızın xaricdə yaşamalarına rəğmən deputat deyib ki, azərbaycanlıların Azərbaycana sığışmaması onu sevindirir:
“Bizim dünyanın ayrı-ayrı yerlərində şəbəkələrimiz nə qədər çox olsa, daha faydalı olar. Mən onların hər birini  Azərbaycan hesab edirəm. Dunyada qloballaşma, inteqrasiya prosesi gedir, biz ondan kənarda qala bilmərik. Bizim ən böyük bədbəxtçiliyimiz ondadır ki, Azərbaycandan başqa ayrı yerdə uzun illər yaşıya bilmirik. Baxın, Ermənistandan deportasiya olunanların bir nəfəri ayağını Azərbaycandan kənara qoymadı. Birinci  tərəfdən bəlkə də bu torpağına, Vətəninə sevgi ilə bağlıdır. Amma mən burada bizim inteqrasiya qabiliyyətimizin bir millət kimi zəifliyini də görürəm. Biz Türk xalqıyıq, böyük xalq olmuşuq, biz heç vaxt başqa xalqların içərisində yaşamamışıq, başqa xalqları öz içərimizdə yaşatmışıq. Bəlkə də buradan gələn bir məsələdir inteqrasiya olunmamağımız. Amma azərbaycanlılar nə qədər çox ölkələrdə olsalar,  diaspor şəkilində birləşsələr, özlərinin mədəni mərkəzlərini, elmi mərkəzlərini, biznes mərkəzlərini  yaratsalar, bunların hamısı Azərbaycana xidmət edər. Mən  demirəm ki, gedək başqa ölkələrdə qul kimi işliyək, ağır sahələrdə çalışaq. Amma gedək başqa yerlərdə öz potensialımızdan istifadə edə bilək, o ölkələrdə də həyatımızı qura bilək, cəmiyyətimizi inkşaf etdirək. Bu gün Ermənistana Ermənistan büdcəsindən iki dəfə çox vəsait daxil olur, kənardan - erməni diasporlarından. Amma Azərbaycan diasporuna baxaq,  təəssüf ki son illərə qədər hökümətimizə deyirdilər ki, “bizə pul verin, diaspor quraq, pul verin mədəniyyət mərkəzi yaradaq. Belə olmaz”.

Deputat onu da qeyd edib ki, analizlərə görə, indiki Azərbaycan ərazisi, potensialı imkan verir ki, bizdə təxminən 15-18 milyon insan rahat yaşasın.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı