Modern.az

“Qadına qarşı zorakılıq yolverilməz haldır”

“Qadına qarşı zorakılıq yolverilməz haldır”

Aktual

13 İyun 2016, 18:23

«QızlarBulağı» Uşaq, Yeniyetmə və GəncQızlaraTəlim və TədrisXeyriyyəFondu, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun  maliyyə  dəstəyi ilə   “Gələcəyimiz naminə, erkən nikahlara yox deyək!“  layihəsi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib.

İctimaiyyət nümayəndələrinin, gənclərin iştirak etdikləri tədbirləri  ekspert  Rəna Məmmədova, qadına qarşı zorakılığın yolverilməz hal olduğunu vurğulayıb.


R.Məmmədova  bildirib ki, bu sahədə problemlərin qarşısının alınması, profilaktik tədbirlər bu gün ölkəmizdə xüsusi diqqət mərkəzindədir. Bununla əlaqədar Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” birgə layihəsi məhz bu məsələnin həllinə yönəlib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul edilməsi, bu istiqamətdə həyata keçirilən tədbirlər artıq müsbət nəticələrini verməkdədir.


Tədbirdə digər natiqlər çıxış edərək təşkilatın fəaliyyətində gender bərabərliyi, qadınların ictimai proseslərdə iştirakı, məhbus qadınların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işlərinin aparılmasınınvacibliyindən danışıb.


Ekspert R.Məmmədova  qadınlara qarşı zorakılığın qarşısının alınması və gender bərabərliyi kimi aktual məsələlərdən bəhs edib.


Sonra mövzu ətrafında müzakirələr aparılıb.

 

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır