Modern.az

Jurnalistlər müğənni Elnarə haqqında Modern.az saytına danışdılar...

Jurnalistlər müğənni Elnarə haqqında Modern.az saytına danışdılar...

Reportaj

7 Fevral 2011, 13:57

Şou nümayəndələri, onların şəxsi həyatları, eləcə də şou-biznes aləmində baş verən hadisələr insanları hər zaman maraqlandırıb. Geniş kütlə tanınmıs insanların iş həyatından çox, onların şəxsi həyatı, günlük yaşantıları, həyat tərzi, xarakteri haqqında daha çox informasiya toplamağa çalısır. Bu mənada tanınmış isanlarla tez-tez ünsiyyətdə olan, müsahibələr alan, onların tədbirlərində istirak edən jurnalistlərin fikirləri xeyli maraqlıdır.
Mədəniyyət yazarları Modern.az saytında tanınmış sənət adamlarını xarakterizə edirlər.
Müğənnilər Röya, Rəqsanə, Nadir Qafarzadə, İlhamə, Tünzalə Ağayeva, Xatirə İslam, Faiq Ağayev, Manana, Zamiqi və Biriliant Dadaşovanı xarakterizə edən yazarlar indi də Elnarə haqqında fikir söylədilər.

Beləliklə, “Elnarə necə müğənnidir, necə insandır və jurnalistlərlə münasibəti necədir” sualına mədəniyyət yazarlarının cavabları...

“Azərbaycan xanımına xas olan obraz yarada bilib”

Şahin Cavadsoy - “Trend” İnformasiya Agentliyinin əməkdaşı:
- Elnarə Cahangirova çox istedadlı müğənnilərdəndir. Röya haqqında dediyimiz fikirlərdən bir neçəsini Elnarəyə də aid etmək olar. Çünki, o da Vaqif Gərayzadənin yetirmələrindəndir. Yəni “w trio” qrupunun solistəlindəndir və ilk səhnəyə gəlişi peşəkar səhnədən olub. Sonralar Elnarə sadəcə iki seçim qarşısında qaldı: ya sənət, ya ailə. Məncə qadın olaraq doğru addım atdı, ailə qurdu, hazırda iki övladı var, inşallah bu yaxınlarda biri də olmalıdır.
Sırf Azərbaycan xanımına xas bir obraz yarada bilib. Deməzdim ki, Elnarə evdar xanımdır. Sadəcə o, bir müddətdir ki,  analıq məzuniyyətini yaşayır. Amma, buna baxmayaraq o, bu müddətdən səmərəli istifadə edə bildi. Bilirsiniz ki, “ANS ÇM” radiosunda aparıcı kimi fəaliyyət göstərirdi, hazırda deyəsən hamiləliyi ilə bağlı aparıçılıq fəaliyyətini də dayandırıb. Bundan əlavə, Elnarə özünü tam fərqli bir səpkidə sınadı, yeni rok qrupu - “Qan” qrupu yaradıldı və Elnarə o qurupun salisti kimi çıxdı, fərqli janrda özünü göstərdi. Çox istedlı və üzərində işləməyi baçaran bir xanımdır və ən əsası şou-biznesdə öz dəsti-xətti olan bir müğənnidir.

Elnarəni birbaşa tapmaq çətindir. Mobil telefonlardan demək olar ki, istifadə etmir, amma tədbirlərdə, toplantılarda rastlaşanda rahat şəkildə suallarımızı verə bilirik. Çox vaxt həyat yoldaşı Rövşənlə əlaqə saxlayırıq, o da lazım olan informasiyanı bizə verir. Mətbuat xidməti bir zamanlar var idi, hazırda isə yoxdur.

Elnarə hərdən çox maraqlı fikirlər səsləndirib. Bir vaxtlar Elnarə “mən bundan sonra, qanorar müqabilində KİV-lərə müsahibə verəcəm” demişdi. Mən hesab edirəm ki, onun bu açıqlaması effekt vermədi. Çünki bu fikirlər Azərbaycan reallığı üçün yerinə düşmür. Buna baxmayaraq, mətbuatla problemləri yoxdur. Müğənni olaraq həmişə mətbuatın diqqət mərkəzindədir, maraqlı simadır.

“Elnarə jurnalistlərdən qaçır”

Vüqar Vüqarlı - “Day.Az” portalının şöbə müdiri:
- İllər geçdiyinə baxmayaraq, Elnarənin nə səsi dəyişilir, nə də ifa tərzi zəifləyir. Halbuki, son vaxtlar Elnarə müğənnilikdən demək olar ki, kənarlaşıb. Düşünürəm ki, Elnarənin Azərbaycan estradasında yeri var. Səvh etmirəmsə, son vaxtlar janrını da dəyişib. Bunu müsbət qiymətləndirirəm, çünki müğənnilərin axtarışda olmasını, özlərinin hər şeydə sınamalarını xoşlayıram. 

Elnarədə nəsə bir mənfi xüsusiyyət görməmişəm. Ola bilsin, nədənsə və ya kimdənsə tez inciyə bilər. Amma Elnarənin kimisə acıladığını, ya da pis hərəkət etdiyini nə görmüşəm, nə də ətrafdan eşitmişəm. Elnarənin ən yaxşı xüsusiyyəti qeybətçil olmamasıdır. Qadınlara xas olan bu xüsusiyyət demək olar ki, Elnarədə 0-a bəbabərdir.

Elnarə ailə qurduqdan sonra jurnalistlərlə münasibəti 0 dərəcədədir. Çünki, son 2-3 ildir onun haqqında hər hansı xəbərə rast gəlmək olmur. Məndə belə bir fikir formalaşıb ki, Elnarə jurnalistlərdən qaçır. Demək olmaz ki, Elnarə Azərbaycan estradasından silinib.  Bilirəm ki, onu axtarırılar. Lakin, Elnarə özü jurnalistlərdən qaçır və bu onun secdiyi mövqedir.

“Sadəcə, ana olmağı ilə bağlı sənətində müəyyən fasilələr yaranıb”

Mətanət Şamilqızı - “Oxu məni” qəzetinin əməkdaşı:
- Müğənnilərimiz elədir ki, ya ailəsi olan ailəsini dağıdır, ya da ailə qurmur ki, “özümü sənətə qurban vermişəm”. Mən bu fiklə razı deyiləm. Heç bir qadın özünü sənətə qurban verməməlidir, ailəsinə qurban verə bilər. Birinci ailədir, sonra sənət. Bu mənada mən Elnarəni alqışlayıram, ailə də qurdu, anadır. Sənəti hər zaman davam etdirmək olar, amma ailəni hər zaman qurmaq olmur.

Düzdü, şəxsi münasibətim yoxdur, amma kənardan Elnarə insana pis təsir bağışlamır, mahnıları da pis deyil, demirəm ki, superdi, amma özünə görə səsi var. Sadəcə, ana olmağı ilə bağlı sənətində müəyyən fasilələr yaranıb.

Mənim şəxsən onun özü ilə münasibətim olmayıb, buna görə də jurnalistərlə münasibəti haqqında bir söz deyə bilmərəm. Bir neçə il bundan əvvəl Elnarə mənə özündənrazı insan təsiri bağışlayırdı. Necə insan olmağını deyə bilmərəm. Amma müşahidəçi kimi, həm sənət, həm də  ailə üçün çalışmasını mən alqışlayıram.

“Eqoist, yekəxana , təkəbbürlü, özündənrazı insandı”.

Cəvahir Səlimqızı - ”Mərkəz” qəzetinin əməkdaşı:
- Elnarə mətbuatla işini düzgün quran müğənni deyil, mətbuatla arasında uçurum var. O, eyni zamanda eqoist, yekəxana, təkəbbürlü, özündənrazı insandı. Bu efirdən də, jurnalistlərlə münasibətində də özünü göstərib. Xasiyyəti xoşuma gəlmir, az-az ünsiyyətdə oluram. Ünsüyyətdə olanda da informasiya xatirinə, yoxsa heç ünsüyyət saxlamaram. 

Ümumiyyətlə, bəzi müğənilərdə bir xüsusiyyət var, nəsə söz deyirlər, sonra görəndə ki, ünvanlarına söz dedikləri insan onların fikrinə münasibət bildirir, onda geri çəkilirlər. Hər şeyi atırlar jurnalistin boynuna, deyirlər “mən belə söz deməmişəm, bu jurnalistin uydurmasıdır”. Elnarənin də bizimlə belə bir problemi yaşanmışdı. Amma bizdə diktafonda onun səsi olduğuna görə, sonda o özü geri çəkilməyə məcbur oldu, başa düşdü ki, haqsızdı. 

Müğəni kimi götürəndə özünə görə, auditoriyası var. Mən onu intellekli müğənni sayıram, savadı var, dil bilir, fərqli səs tembrinə malikdir. Çəkdirdiyi kliplərindən xoşum gəlir, səviyyəli kliplərdir.

Elnarənin əvvəllər mətbuat katibi var idi, vaxtaşırı jurnalistəri informasiya ilə təmin edirdi. Amma son vaxtlar Elnarənin mətbuatla olan əlaqəsi qırılıb. Bunun səbəbini isə deyə bilmərəm, ola bilsin uşaqlarına başı qarışıb. Axır vaxtlar faəliyyəti göz önündə deyil, əvvələr çox aktiv idi, indi geri çəkilib, görünür bu, onun ailə qayğıları ilə bağlıdır. Amma yaxşı səsi var, fərqli repertuara malikdir.

“Elnarəyə rok janrı əvvəlki populyarlığını qaytara bilmədi”

Elşad Ümid - “Reytinq” qəzetinin əməkdaşı:
- Elnarənin istiqaməti bir az anlaşılmazdır, müxtəlif janrlarda ifa etməyə çalışır, replə sintezlər edir, son vaxtlar rok oxuyur. Amma mənə elə gəlir ki, onun janrı deyil. Bəlkə də Azərbaycanda rok musiqisi o qədər də geniş vüsət tapa bilməyib, ona görə də Elnarənin ifası  qəbul olunmur. Amma hər halda Elnarəyə rok janrı əvvəlki populyarlığını qaytara bilmədi. Onun “Məhəbbət payım” mahnısı daha uyğun idi, bu istiqamətdə davam etsəydi, daha yaxşı olardı. Sanki bir növ eyni üslubu tutaraq getməyi xoşlamır. Bu baxımdan, bir az anlaşılmazlıq var. Bəlkə də ailə həyatı ona mane olur, həyat yoldaşı ona diktələr edir, müəyyən çərçivələrdən çıxa bilmir. Ona görə, yaradıçılığında müəyyən problemlər yaranır. Bunu dəqiq deyə bilmərəm.

Jurnalistərlə münasibəti isə normaldır. Mənə elə gəlir ki, ailəli olduğu üçün bir qədər açıq ola bilmir. Demək istədiyi sözləri tam deyə bilmir. Mənə elə gəlir ki, bu günkü Elnarə həqiqi Elnarə deyil.

Elnarənin çox gözəl xarakteri var, indiyə kimi onda yekəxanalıq, kobudluq görməmişəm.

Mənə elə gəlir ki, Elnarə  aparıcı kimi qeyri-adi, səs-küyə səbəb olan  heç nə edə bilmədi. Düzdü, mən əleyhinə deyiləm müğənnilərin aparıcılıq etməsinə. Amma aparıcı müğənnilər qeyri-adi heç nə edə bilməlidilər. Ancaq Rəhim Rəhimli bunu edə bildi, həqiqətən onun aparıcılığında  əsil şoumen keyfiyyəti hiss olunur. Faiq Ağavev, Ayaz,  Röyanın aparıcılığı o qədər də səs-küy doğurmadı. Aygün Kazımovanın aparıcılığı isə pis deyil, sadəcə, bir qədər intellektual baxımdan nəsə çatmır. Mənə elə gəlir, Aygün Kazımova şou, ajiotaj yarada bilir, amma intellektual verilişlər apara bilməz.

“Elnarəyə ailə qurmaq qadağası qoyulmuşdu”

Tahirə Məmmədqızı - “Şərq” qəzetinin əməkdaşı:
-
Elnarənin yardıcılığına ekskursiya etsək, bunu müxtəlif dövrlərə bölmək olar. Elnarə elə ilk vaxtlardan, qrup halında çıxış edəndən fəqlənməyi baçarırdı. Xüsusən də Röya, Elnarə, Natəvan haqqında istər media nümayəndələri, istərsə də sənət adamları deyirdilər ki, bu üçlükdə texniki baxımdan səs imkanlarına malik olan müğənni Elnarədir və onun ifasında texnikanın güclü olduğunu deyirdilər. Röya haqqında danışanda, onun çox güclü səsi olmasa da, ürəyinin olduğunu deyirdiksə,  Elnarə haqqında isə tamamilə fərqli fikir- səs tembrində xüsusi texnikanın olduğunu və bu texnikadan istifadə etmək məharətinin onda güclü olduğunu söyləyirdik. O dönəm üçün Elnarə o texnikadan 80% istifadə edə bildi. Sonradan Elnarə qrupdan ayrılıb solo koryeraya keçəndə, onun üçün başqa dönəm başladı. Bu dönəmdə o, sanki şou-biznesdə gənc müğənnilər arasında yeniliyə meylli olan müğənni olduğu üçün, bir çox prodakşınlar qarmaq atırdı ki, Elnarəni tutsun. O dönəmlərdə prodakşnlardan biri Elnarə üçün vəsait qoydu. Hardasa 6-7 il bundan əvəl hansısa bir müğənni üçün vəsait qoymaq risk tələb edirdi. O zamanlar çox az-az müğənnilər üçün vəsait qoyurdular. Elnarə o müğənnilərdəndir ki, onun üçün pul qoyulurdu. Bir var bizim şou-biznesdə dırnaqarası sponsorlar, amma konkret olaraq şou-biznesdə dünya arenasında olduğu kimi, hansısa bir müğənniyə vəsait qoymaq, onun işləri üçün reklan  yaratmaq, müəyyən layihələrin imzasını prodakşın olaraq atmaq,  hər müğənni üçün nail olunacaq uğur deyildi. Amma o dövr üçün ona müəyyən qadağalar qoyulmuşdu, ailə qurmaq, onlardan icazəsiz mərasimlərdə iştirak etmək olmazdı. Elnarə gənc olduğu üçün bu qadağalar onun üçun çətin deyildi. Səhv etmirəmsə Elnarə o vaxt beş illik müqavilə ilə yanaşı,  kifayət qədər böyük layihələrə imza ata bildi.
Elnarə ailə qurduqdan sonra, onun əvvəlki iki dönəmdə addımladığı sürətli tempi azaldı. Azərbaycan səhnəsində olan gənc müğənilər, ya sözün həqiqi mənasında səhnəyə gələndə ailəni yaddan çıxarırlar, ya da əksinə, ailə qurulanda səhnə yaddan çıxır. Mənə elə gəlir ki, Elnarə ailə qurduqdan sonra səhnə onun üçün müəyyən mənada ikinci plana keçdi. Düzdü ailə qurmağına, övlad dünyaya gətirməyinə baxmayaraq, bu dönəmlərdə də müəyyən layihələrə imza atdı. Amma, mənə elə gəlir ki, bunlar yetərli deyil. Elnarənin yaxşı cəhəti onun  hər zaman yeniliyə üstünlük verməsində, axtarışda olmasındadır. Gənc vaxtlarından dünya müsiqi praktikasından müəyyən mənada istifadə etməyi baçardı.

Elnarənin bu günki, fəaliyyətindən razı deyiləm, məni tam qane etmir. Hesab edirəm ki, Elnarə bu gün sənətdən bir az uzaqda qalıb. Bu, onun tənbəlliyi ilə əlaqəlidir, yoxsa daha çox ailəsinə diqqət yetirir, deyə bilmərəm. Hər halda mənim Elnarədən daha çox gözləntilərim var idi, bu gün onları görə bilmirəm. Texniki baxımdan çox gözəl ifaçıdır, amma Elnarənin səhnəni müəyyən mənada  kölgədə qoyub, bu onun qüsurudur. Düzdü, efirlərdə görünür, müəyyən kanallarla iş birliyi aparır. Amma bunlar bir mətbuat nümayəndəsi olaraq, tamaşaçı olaraq, onun dinləyiçisi olaraq mənim üçün yetərli deyil, çünki potensialı olan müğənnidir.

Elnarə hər zaman jurnalistlərə müəyyən çərçivədə ünsiyyət qurmağa çalışır. Bağladığı beş illik müqavilə çərçivəsində də bu belə idi. Bu gün Elnarə elə müğənnilərin sırasındadır ki, mətbuatla sıx əlaqələri yoxdur. Onu tapmaq üçün kimlərəsə müraciət etmək lazımdır. Əvvəllər mətbuat katibi Tünzalə idi, ona zəng vurub müəyyən suallara cavab ala bilirdik. Bu gün isə Elnarə ilə əlaqə saxlamaq çətindir, telefona özü çavab vermir, ola bilsin, ətrafındakı  komandasında olan insanlar, mətbuatın onunla əlaqə saxlamaq istədiyini çatdırmır.

Ümumilikdə isə, Elnarə  mədəni, müəyyən mənada intellektli, bir az savadlı olduğu üçün, hər zaman çalışır ki, jurnalistlərlə hörmətlə danışsın. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, qalmaqallı məqamlarda da suallar da vermişik, çox təmkinlə çavab verib, qalmaqalların növbəti hədəfi olmağa imkan yaratmayıb.

Özünün güvəndiyi jurnalistlər var ki, onlarla zaman–zaman əlaqə saxlayır, yaradıcılığı ilə bağlı yenilikləri bölüşür. Amma böyük mənada mətbuatla münasibəti arasında sədd var. Hesab edirəm ki, bu heç də yaxşı əlamət deyil. Çünki, yaradıcı insanların yeniliyinin göstərilməsində, xalqa çatdırılmasında mətbuatın rolu danılmazdır. Onlar nə qədər mətbuatdan uzaq düşsələr, bir o qədər yaradıcılıqlarını kölgədə qoymuş olurlar.

Sədaqət SÜLEYMANOVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!