Modern.az

ATV-nin vitse-prezidenti özləri, Zaur Baxşəliyev, Elçin Əlibəyli barədə xəbərlərə aydınlıq gətirdi

ATV-nin vitse-prezidenti özləri, Zaur Baxşəliyev, Elçin Əlibəyli barədə xəbərlərə aydınlıq gətirdi

7 Fevral 2011, 15:32

Mətbuat son günlər “Azad Azərbaycan” Teleradio şirkətində rəhbərliyin dəyişiləcəyi və televiziyada bir sıra əməkdaşların işdən çıxarılacağı, onların yerinə başqalarının təyin olunacağı ilə bağlı müxtəlif məlumatlar yayır. Amma medianın gündəmindən düşməyən belə xəbərlər hələki özünü doğrultmur.

Modern.az  saytının əməkdaşı ATV barədə bütün deyilənlərə bir daha münasibət bildirməsi üçün telekanalın vitse-prezidenti Natiq İbrahimovla əlaqə saxlayıb.

N.İbrahimov saytımıza açıqlamasında mətbuatda yazılanların şayiədən başqa heç nə olmadığını dedi:

“Kanalın rəhbərliyi ilə bağlı medianın yaydığı informasiyaların hamısı yalandır. Mətbuat və informasiya saytları o qədər yalan yazırlar ki, artıq onlara inam qalmayıb. Bu yalanlardan artıq biz də bezmişik, ona görə də daha yazılanlara ciddi əhəmiyyət vermirik”.

Vitse-president tanınmış aparıcı Zaur Baxşəliyevin ATV-dən çıxarılması ilə bağlı məlumata da aydınlıq gətirdi.

“Zaur artıq iki-üç gündür ki, yenidən “Bizim səhər” proqramına aparıcılıq edir. Yaxın günlərdə siz onu yeni müəllif proqramında da görəcəksəniz”.

N.İbrahimov bir müddət öncə “El içində” verilişinin aparıcılığından kənarlaşan digər tanınmış telejurnalist Elçin Əlibəylinin də ATV-dən getməsdi barədə deyilənlərə münasibət bildirdi:

“Elçin Əlibəyli də telekanalda fəaliyyətini davam etdirir. Ümummiyyətlə ATV ilə bağlı deyilənlərə o qədər də inanmayın. Hamımız öz işimizlə məşğuluq. Heç kim işdən çıxmayıb və ya çıxarılmayıb”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu