Modern.az

Fazil Mustafanın məcburi köçkünlərlə bağlı təklifi var

Fazil Mustafanın məcburi köçkünlərlə bağlı təklifi var

Parlament

7 Fevral 2011, 16:22

Azərbaycanda 1 milyondan çox məcburi köçkün olsa da, onlardan insan hüqüqlarının pozulması ilə bağlı Avropa Məhkəməsinə müraciət edənlərin sayı barmaqla sayılacaq qədərdir. Məsələnin səbəbini araşdıranda isə ortaya qəribə bir problem çıxır. Məcburi köçkünlərin əlində mənzil hüquqlarının pozulması ilə bağlı heç bir sənəd yoxdur. Aidiyyatı qurumlar üçünsə bu məsələ o qədər də maraqlı görünmür.

Baxın, “Dövlətqaçqınkom”dan deyirlər ki, onlar sırf sosial məsələ ilə məşğul olurlar. Məcburi köçkün rayonlarının icra başçıları isə işğal nəticəsində bütün sakinlərinə məxsus səndlərin ermənilərin əlinə keçdiyini bildirirlər və ona görə də bu məsələdə məcburi köçkünlərə kömək edə bilməyəcəklərini açıqca dilə gətirirlər.

Bəs, məcburi köçkünlər necə etməlidirlər ki, bu hüquqlarının pozulduğunu Avropaya çatdıra bilsinlər.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa Modern.az-a deyib ki, bu məsələni boşuna buraxmaq olmaz: “Doğrudur, məcburi köçkünlərin bütün sənədləri işğal bölgələrində qalıb. Amma müvafiq qurumlarımız var ki, onlar bu işi üzərlərinə götürməlidirlər. Bizdə “Dövlətqaçqınkom” var. Onun hansısa bir şöbəsi bu məsələni üzərinə götürməlidir. Bilirsiniz, hüquqi sənəd olmayan yerdə şahidlərin iştirakı ilə notarial qaydada aktlaşdırma aparmaq olar. Bunu Azərbaycan və ingilis dilində etmək mümkündür. Biz mütləq bu məsələni həll etməliyik”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür