Modern.az

İham Əliyev Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbərini qəbul edib

İham Əliyev Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbərini qəbul edib

Təhsil

7 Fevral 2011, 16:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanı qəbul edib.
Dövlətimizin başçısı Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanın yeni vəzifədə ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə edib. Azərbaycan ilə Türkiyə arasında münasibətlərin dostluq və qardaşlıq prinsipləri üzərində qurulduğunu deyən Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, Milli təhlükəsizlik sahəsində də ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf edəcəyinə əminliyini bildirib. Yaşadığımız bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini qeyd edən dövlətimizin başçısı bu sahədə Türkiyə-Azərbaycan əlaqələrinin inkişafının bütün bölgəyə müsbət təsir göstərdiyini bildirib.
Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Yeni vəzifədə ölkəmizə səfərindən qürur hissi keçirdiyini bildirən Hakan Fidan Bakıda böyük dəyişikliyin və inkişafın şahidi olduğunu və bundan çox sevindiyini deyib.
Dövlətimizin başçısı Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!